AZ

Dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, yığma komanda hesabında 89 xalla ikinci yeri tutub. Güləşçilərimiz yarışda bir qızıl, bir gümüş və iki bürünc medal qazanıblar. Ülvi Qənizadə (72 kq) qızıl, Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medala sahib çıxıblar.
Seçilən
97
50
oxu.az

10Mənbələr