33 yaşlı yüngül çəkidə keçmiş UFC çempionu (70 kq), rusiyalı İslam Mahaçev əfsanəvi 59 yaşlı qarışıq döyüş ustası, güləşçi və aktyor Don "Yırtıcı" Fray ilə qarşılaşıb.
İdman.biz bildirir ki, Fray MMA-nın ilk nümayəndələrindən biridir. UFC-dəki ilk qələbələrinə və nailiyyətlərinə baxmayaraq, o, 1997-ci ildə MMA-dan gedib və "New Japan Pro-Wrestling"də (NJPW) karyerasını davam etdirib. O, tezliklə şirkətin aparıcı simalarından birinə çevrilib. 2002-ci ildə Yoşihiro Takayama ilə döyüşü "Wrestling Observer Newsletter" tərəfindən ən yaxşı qarşılaşma seçilib.
Mahaçev növbəti qarşılaşmasında Cek Della Maddalena ilə döyüşəcək.
İdman.biz