AZ

Tramp "Antifa"nı terror hərəkatı kimi tanıyan sərəncam imzalayıb

ABŞ prezidenti Donald Tramp “Antifa” hərəkatını yerli terror təşkilatı kimi tanıyan sərəncam imzalayıb.

Ucnoqta.az xəbər verir ki, Ağ Evin yaydığı sərəncama əsasən, Antifa “bu məqsədlərə çatmaq üçün qanunsuz vasitələrdən, o cümlədən zorakılıq və terrorizmdən istifadə edərək, ABŞ hökumətini, hüquq-mühafizə orqanlarını və hüquq sistemini devirməyə çağıran militarist, anarxist təşkilatdır”.

Sərəncam federal hökumətə təşkilatın bütün əməliyyatlarını, eləcə də bu cür əməliyyatların maliyyə mənbələrini araşdırmağa, pozmağa və sökməyə göstəriş verir.

Tramp ötən həftə "Antifa"nı terror təşkilatı elan edib.

Seçilən
23
ucnoqta.az

1Mənbələr