AZ

Çin alimləri 200 kq ağırlığında lövhələri qaldırmaq üçün passiv ekzoskelet hazırlayıblar

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 23 sentyabr, AZƏRTAC

Çin alimləri ilk dəfə olaraq əllər üçün nəzərdə tutulmuş passiv robot ekzoskeletləri təqdim ediblər. Bu unikal cihazlar ağır fiziki işlərin yerinə yetirilməsini xeyli asanlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.

Yeni ekzoskelet maqnitoreoloji hərəkət sistemi əsasında işləyir, tutma zamanı dəstək təmin edir və biləyin dözümlülüyünü əhəmiyyətli dərəcədə artırır. Məlumata görə, bu yeni ixtiranı Çin Elmlər və Texnologiya Universitetinin (USTC) professoru Sun Şuayşuayın rəhbərlik etdiyi tədqiqat qrupu hazırlayıb.

“Növbəti mərhələ ekzoskeletin insan niyyətini tanıma texnologiyası ilə təkmilləşdirilməsi olacaq ki, cihaz istifadəçinin konkret tapşırıqlarına uyğun dəstək qüvvəsini təmin etsin. Bundan əlavə, karkasın çəkisini azaltmaq və dözümlüyünü artırmaq üçün kompozit materiallar və 3D çap texnologiyasının tətbiqi planlaşdırılır”, - deyə professor vurğulayıb.

Passiv ekzoskeletin müəllifləri qeyd edirlər ki, cihaz 200 kiloqramdan çox ağırlığa malik daş lövhələri asanlıqla qaldırmağa imkan verir. Bu isə onun fövqəladə hallarda, məsələn, zəlzələdən sonra dağıntıların təmizlənməsi və yaralıların təxliyəsi əməliyyatlarında istifadəsi üçün perspektivlər açır.

Passiv ekzoskeletlər enerji mənbəyinə ehtiyac olmadan işləyən cihazlardır və onlar əks çəkilər və rıçaqlar hesabına işləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
azertag.az

2Mənbələr