AZ

Sandu: Moldova Rusiyanın Odessaya müdaxiləsi üçün plasdarm ola bilər

BAKI, 23 sentyabr. TELEQRAF

Seçkilərdə rusiyapərəst qüvvələr qalib gələrsə, Moldova Rusiya qoşunlarının Ukraynanın Odessa bölgəsinə müdaxiləsi üçün plasdarm ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu ölkə vətəndaşlarına müraciətində bildirib.

“Bu gün sizə tam ciddiyyətlə bildirirəm ki, suverenliyimiz, müstəqilliyimiz, ərazi bütövlüyümüz və Avropa gələcəyimiz təhlükə altındadır", - Sandu deyib.

O, Rusiyanın 28 sentyabr 2025-ci il tarixinə təyin edilmiş parlament seçkilərində yüz minlərlə seçici səsini ələ almaq üçün yüz milyonlarla avro xərclədiyini söyləyib.

Sandunun sözlərinə görə, yüzlərlə insana "qarışıqlıq və zorakılıq yaymaq, dünyanı qorxutmaq" üçün pul ödənilir.

Buna görə də, Moldova prezidenti vətəndaşları ölkənin xarici maraqlara təslim olmasına yol verməməyə çağırıb. Sandu bildirib ki, Rusiyanın Moldova üzərində nəzarəti ələ keçirməsinin fəsadları həm ölkə, həm də bütün region üçün təhlükəli olacaq.

“Bütün moldovalılar zərər çəkəcək. Avropa Moldovanın sərhədində bitəcək. Avropa fondları Prut çayında dayanacaq. Sərbəst hərəkət azadlığı dayana bilər. Torpağımız Odessa bölgəsinə soxulmaq üçün plasdarm ola bilər. Dnestryanı bölgə destabilizasiya olunacaq", - dövlət başçısı xəbərdarlıq edib.

Seçilən
18
teleqraf.com

1Mənbələr