AZ

Azyaşlı azarkeşlər Haalandı təhqir etdi - VİDEO

“Mançester Siti”nin forvardı Erlinq Haaland “Emireyts” yaxınlığında “Arsenal”ın azyaşlı azarkeşlərinin təhqiramiz qışqırıqlarına baxmayaraq soyuqqanlılığını qoruyub.

Publika.az xəbər verir ki, Premyer Liqa matçında norveçli futbolçu hesabı açıb və 76-cı dəqiqədə əvəzlənənədək “topçular” üçün əsas təhlükə mənbəyi olub. Oyunun sonunda londonlular hesabı bərabərləşdirsələr də (1:1), diqqət mərkəzində qalan məhz Haaland olub.

Onun sosial şəbəkədə paylaşdığı videoda bir qrup uşaq “Siti” futbolçularına qışqıraraq “Arsenal”ın emblemini göstərir və hətta nalayiq hərəkətlər edir. O, həmin anı kameraya çəkib.

Daha sonra futbolçu etiraf edib ki, “Snapchat” üzərindən ölüm hədələri də alıb: “Artıq ölüm hədələri də gəlir”.

Seçilən
103
7
publika.az

10Mənbələr