AZ

Ceyhun Bayramov Nyu-Yorkda Surinamlı həmkarı ilə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Nyu-Yorkda 80-ciBMT Baş Assambleyasının çərçivəsində Surinamın Xarici İşlər,Beynəlxalq Biznes və Əməkdaşlıq naziri Melvin Bouva iləgörüşüb.

Trend xəbər verirki, görüş zamanı ikitərəfli siyasi dialoqun inkişaf etdirilməsi,iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin BMT,Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsindəqarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri müzakirəolunub.

Nazirlər həmçinin “Azərbaycan Respublikası Hökuməti və SurinamRespublikası Hökuməti arasında diplomatik və xidməti pasportlaramalik şəxslərin vizadan azad edilməsi haqqında Saziş”iimzalayıblar.

Ceyhun
Ceyhun
Ceyhun
Ceyhun
Seçilən
10
az.trend.az

1Mənbələr