AZ

Ərdoğan BMT-də vaxt reqlamentini aşdı, mikrofonu söndürüldü

BAKI, 23 sentyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda Fələstinə dair konfransda çıxışı zamanı mikrofonunun səsi kəsilməyib, o, rəsmi vaxt reqlamentini aşıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə lideri administrasiyasının Kommunikasiyalar İdarəsinin prezidentin çıxışı bitməmiş mikrofonun söndürülməsi ilə bağlı açıqlamasında deyilir.

“BMT Baş Assambleyasının yüksək səviyyəli beynəlxalq konfransında dövlət və hökumət başçılarına 5 dəqiqə, digər çıxış edənlərə isə 3 dəqiqə vaxt ayrılıb. Bu kontekstdə Türkiyə prezidentinin çıxışı beş dəqiqə ilə məhdudlaşdırılıb. Buna görə də onun çıxışının kəsilməsindən və ya danışmağa imkan verilməməsindən söhbət gedə bilməz”, - qurumun “X” hesabında yazılıb.

“Prezidentimizin çıxışı alqışlar səbəbindən müəyyən vaxtdan artıq davam edib və texniki səbəblərə görə mikrofon 5-ci dəqiqədə avtomatik söndürülüb. Bundan qısa müddət sonra prezident çıxışını tamamlayıb. Eyni şəkildə, İndoneziya prezidentinin çıxışı zamanı da mikrofon söndürülüb”, - administrasiyadan bildirilib.

Seçilən
22
teleqraf.com

1Mənbələr