Mersinin Bozyazı rayonunda yaşayan 65 yaşlı Orhan Takmet və 57 yaşlı Halide Takmet 40 il qaçaq ailə həyatı yaşadıqdan sonra evləniblər.
News24.az xəbər verir ki, o vaxt rəsmi toy etməyən, gəlinlik-bəylik kostyumu geyinməyən cütlük illərlə bu arzunu ürəyində saxlayıb.
Nəhayət, ailənin yaxınlarının dəstəyi və kənd muxtarının təşəbbüsü ilə onların arzusu möhtəşəm toy mərasimi ilə həyata keçirilib. Toydan əvvəl Halide xanım bindallı geyinərək xına gecəsi təşkil edib.
Halide Takmet sevinclərini belə bölüşüb:
"40 illik arzum idi, gerçəkləşdi. Xına gecəmiz də oldu, toyumuz da. Çox xoşbəxtəm. Dörd övladım, doqquz nəvəm var. Özümü 25 yaşımda kimi hiss edirəm".
Aqil Qarayev