Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.
BMT Baş Məclisində keçirilən Fələstin zirvəsində maraqlı anlar yaşanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan İsrailin Qəzzədəki hücumlarını sərt şəkildə tənqid edərkən birdən-birə səsi kəsilib.
Ərdoğan'ın çıxışının son 1 dəqiqə 40 saniyəsi zalda eşidilməyib. Hadisə qısa müddətdə geniş müzakirələrə yol açıb.
Türkiyə Prezident Administrasiyas məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, BMT konfransında dövlət və hökumət başçılarının çıxışları üçün 5 dəqiqə, digər nümayəndələr üçün isə 3 dəqiqə vaxt ayrılıb. Bu qaydaya uyğun olaraq Prezident Ərdoğanın mikrofonu da 5-ci dəqiqənin sonunda avtomatik olaraq sönüb.
Açıqlamada vurğulanıb ki, Prezident Ərdoğan'ın danışmasının dayandırılması və ya sözünün kəsilməsi kimi bir vəziyyət olmayıb. Sadəcə, çıxış zaman-zaman alqışlarla kəsildiyi üçün ayrılan vaxt uzanıb və texniki qaydaya əsasən mikrofon avtomatik bağlanıb.
Lalə Qüdrətova
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.