ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Qahirə, 23 sentyabr, AZƏRTAC
Nigeriyanın cənubi şərqində yerləşən Benue vilayətinin Ago qəsəbəsində iki patrul avtomobilinə hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı həlak olub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, silahlı çobanların və yerli silahlı dəstələrinin hücumun təşkilində əli olduğu ehtimal edilir. Silahlılar patrula məxsus iki nəqliyyat vasitəsini yandırıblar.
Qeyd edək ki, Nigeriyanın bu vilayəti vaxtaşırı silahlıların hücumlarına məruz qalır. İyunda baş vermiş basqınlar nəticəsində azı 500 min nəfər evlərindən didərgin düşüb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.