Bu gün “Qızıl Top” mükafatının sahibi açıqlanıb.
Ölkə.az xəbər verir ki, kişilər arasında bu ada PSJ-nin ulduzu Osman Dembele layiq görülüb.
Qadın futbolçular arasında isə mükafatı “Barselona”nın futbolçusu Aytana Bonmati qazanıb.
Mərasim Parisdəki Şatle teatrında keçirilib.