AZ

Aytana Bonmati ardıcıl üçüncü dəfə qadın “Qızıl top”u qazandı

“Barselona” və İspaniya millisinin futbolçusu Aytana Bonmati 2025-ci ilin qadın “Qızıl top” mükafatını ardıcıl üçüncü dəfə qazanıb.

90deqiqe.Az xəbər verir ki, qalibə mükafat “Barselona”nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta tərəfindən təqdim edilib.

Mərasim Parisdəki “Şatle” teatrında, France Football jurnalının təşkilatçılığı ilə keçirilib. Bu, tarixdə dördüncü dəfə mükafat mövsümün yekununa (1 avqust 2024 – 13 iyul 2025) əsasən təqdim olunub, əvvəlki illərdə isə “Qızıl top” təqvim ilinə əsasən verilib.

Qeyd edək ki, mükafatın tarixində qadın futbolçular arasında ardıcıl olaraq beşinci dəfə “Barselona”nın oyunçularına təqdim olunur. Daha əvvəl iki dəfə bu mükafata Aleksiya Putelyas layiq görülüb.

Seçilən
61
90deqiqe.az

1Mənbələr