AZ

BMT-də Ərdoğanın çıxışına “sabotaj” - prezidentin səsi kəsildi

Musavat.com xəbər verir ki, Türkiyə mediası BMT-də keçirilən Fələstin mövzusunda iclas zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışına qarşı diqqətçəkən bir hadisənin baş verdiyini yazır.

İddialara görə, Ərdoğan tribunada çıxış edərkən təxminən nitqin yarısından sonra səs birdən-birə kəsilib və tərcüməçilər üzrxahlıq edərək, prezidentin dediklərini eşitmədiklərini bildiriblər. Nəticədə, iclasın davamında Ərdoğanın fikirlərinin beynəlxalq auditoriyaya çatdırılması mümkünsüz olub.

Türkiyə mediası bu olayı təsadüfi texniki problem kimi deyil, bilərəkdən həyata keçirilən sabotaj kimi qiymətləndirib. Qeyd olunur ki, Ərdoğandan öncə altı dövlət başçısı çıxış edib və onların hər birinin nitqi problemsiz dinlənilib. Səsin məhz yeddinci – Türkiyə prezidentinin çıxışı zamanı kəsilməsi diqqətçəkən təsadüf kimi deyil, məqsədli addım kimi təqdim olunur.

Hadisə Türkiyə ictimaiyyətində və mediada ciddi müzakirələr doğurub. Ekspertlərin bir hissəsi bunu diplomatik etikasızlıq, digərləri isə Türkiyənin Fələstinlə bağlı sərt mövqeyinə qarşı siyasi mesaj kimi dəyərləndirir./Musavat.com/

Seçilən
10
16
turkustan.az

10Mənbələr