AZ

Azərbaycanla Serbiya arasında biznes əlaqələrinin qarşılıqlı təşviqi müzakirə olunub (FOTO)

Bakı. Trend:

Serbiyanın daxili və xarici ticarət naziri ilə görüşdəölkələrimiz arasında strateji tərəfdaşlığın gücləndirilməsi,iqtisadi əməkdaşlığın şaxələndirilməsi, həmçinin ticarət,investisiya və biznes əlaqələrinin qarşılıqlı təşviqi müzakirəolunub.

Trend xəbər verirki, İqtisadiyyat naziri Mikayıl Cabbarov 1-ci Azərbaycan Beynəlxalqİnvestisiya Forumu çərçivəsində Serbiyanın daxili və xarici ticarətnaziri Yaqoda Lazareviç ilə görüşüb.

Görüşdə vurğulanıb ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər,görüş və tədbirlər, imzalanan sənədlər Azərbaycan və Serbiyaarasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.Serbiya ilə iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsi üçünböyük potensial olduğu diqqətə çatdırılıb. Qarşılıqlı sərmayəqoyuluşu, enerji, nəqliyyat və digər istiqamətlər üzrə əməkdaşlığınbu potensiala uyğun şəkildə gücləndirilməsinin vacibliyibildirilib.

Tərəflər ölkələrimiz arasında strateji tərəfdaşlığıngücləndirilməsi, iqtisadi əməkdaşlığın şaxələndirilməsi, həmçininticarət, investisiya və biznes əlaqələrinin qarşılıqlı təşviqiməsələlərini müzakirə ediblər. Fikir mübadiləsi zamanı birgətəşəbbüslər üçün perspektivlərə diqqət yönəldilib və qarşılıqlıiqtisadi əlaqələrin inkişafına töhfə verə biləcək layihələrinuğurla gerçəkləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanla
Azərbaycanla
Seçilən
19
5
az.trend.az

6Mənbələr