AZ

İran Prezidenti: İran-Azərbaycan arasında nifaq yaratmaq cəhdləri nəticəsiz qalacaq

Birliyin və qardaşlığın möhkəmləndirilməsi İranın xarici siyasətinin əsas istiqamətlərindən biridir.

Operativ Media xəbər verir ki, bunu İran Prezidenti Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə bildirib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın da daxil olduğu İslam ölkələri ilə əlaqələrin genişləndirilməsi, birliyin və qardaşlığın möhkəmləndirilməsi İranın xarici siyasətinin əsas istiqamətlərindən biridir.

Pezeşkian həmçinin qeyd edib ki, mövcud imkanlardan səmərəli istifadə olunması İran və Azərbaycan xalqlarının mənafeyinə xidmət edəcək.

Seçilən
6
operativmedia.az

1Mənbələr