Sea Breeze

Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasında çıxışı zamanı Qəzzada davam edən müharibəni pisləyərək, heç bir səbəbin bu zorakılığı əsaslandıra bilməyəcəyini bildirib. O, müharibə və dağıntı dövrünü bitirməyin yolunun qarşı tərəfi tanımaqdan keçdiyini vurğulayıb.

Redaksiya xəbər verir ki, Makron Fransa dövlətinin Fələstini rəsmi olaraq tanıdığını bəyan edib. Onun sözlərinə görə, bu addım HƏMAS üçün məğlubiyyət deməkdir. Makron bildirib ki, girovların azad olunması və atəşkəs əldə edildikdən sonra Fransa Fələstin dövlətində səfirlik açmaq qərarına gələ biləcək.

Fransa Prezidenti həmçinin ərəb və müsəlman tərəfdaşlarını İsraili tanımağa və Fələstin dövləti qurulduqdan sonra İsraillə əməkdaşlıq etməyə çağırıb. Makron qeyd edib ki, artıq 142 ölkə sülh üçün iradə nümayiş etdirir və bu müharibəyə, qırğınlara və ölümlərə dərhal son qoyulmalıdır. Onun sözlərinə görə, vaxt yetişib ki, fələstin xalqına ədalət bərpa olunsun.

Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX