AZ

Canluici Donnarumma ilin ən yaxşı qapıçısı seçildi

“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma 2025-ci ilin ən yaxşı qapıçısı adına layiq görülüb.

90deqiqe.Az xəbər verir ki, italiyalı qolkiperə Lev Yaşin adına mükafat təqdim edilib.

İtaliyalı qapıçının ötən mövsümdə PSJ  ilə uğurları diqqət çəkib: Fransada çempionluq, Kubok və Superkubok qazanıb, həmçinin Çempionlar Liqasını fəth edib. Bundan əlavə, Donnarumma klub dünya çempionatının finalına qədər irəliləyib.

Qadınlar kateqoriyasında ilin ən yaxşı qapıçısı “Çelsi”dən Hanna Hempton seçilib. O, ötən mövsümdə İngiltərə çempionu olub, Avropa Çempionatını qazanıb və İngiltərə Qadınlar Superliqasında “Qızıl əlcək” mükafatına layiq görülüb.

Seçilən
52
90deqiqe.az

1Mənbələr