AZ

ABŞ şirkəti Qazaxıstanla 4,2 milyard dollarlıq lokomotiv müqaviləsi imzalayıb

ABŞ və Qazaxıstanın nümayəndələri Qazaxıstana 300 lokomotivin tədarükü üçün 4,2 milyard dollarlıq sövdələşmə barədə razılığa gəliblər. Editor.az xəbər verir ki, razılaşmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti öz teleqram kanalında açıqlayıb.

Açıqlamada, “Amerikanın “Wabtec” şirkəti ilə təxminən 4,2 milyard dollar dəyərində imzalanma mərasimi keçirilib. Sənədlər ölkəmizdə 300 yük lokomotivinin istehsalı və texniki xidmətini nəzərdə tutur.

Layihə Astanada “Wabtec Kazakhstan” fabrikində həyata keçiriləcək.

//Gülnarə Abasova, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr