Fransa Fələstinin müstəqilliyini tanıdığını bəyan edib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Fransa Prezidenti Emmanuel Makron açıqlama verib.
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Fələstin məsələsi ilə bağlı keçirilən konfransda o, “Bu gün Fransanın Fələstin Dövlətini tanıdığını bəyan edirəm”, - deyib.
Qeyd edək ki, daha öncə Kanada, Avstraliya və Böyük Britaniya da Fələstin dövlətini rəsmən tanıdıqlarını açıqlamışdılar.