AZ

“Komo"nun xeyri üçün gəlir tamamilə yardım üçün ayrılacaq”

İtaliyanın “Komо” klubunun baş məşqçisi Sesk Fabreqas, sentyabrın 24-də “Sassuolo” ilə keçiriləcək İtaliya Kuboku oyunundan əldə olunacaq bütün gəlirin daşqının fəsadlarının aradan qaldırılması üçün ianə ediləcəyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Fabreqas bu barədə öz sosial şəbəkə hesabında yazıb:

“Bu gün bütün düşüncələrim Komoda yaşayan insanlarla birlikdədir. Gözəl gölümüzün daşması və yaratdığı zərər ürəyimi parçaladı. Komo mənim üçün sadəcə şəhər deyil, evimdir, ailəmdir, cəmiyyətdir.”

Qeyd edək ki, Fabreqas 2022–2023-cü illərdə “Komо”da futbolçu kimi çıxış edib, sonra klubun gənclər komandasını çalışdırıb və 2024-cü ildən əsas komandanın baş məşqçisidir.

Seçilən
35
90deqiqe.az

1Mənbələr