AZ

Qaxda 64 yaşlı kişini avtomobil vuraraq öldürüb

Qaxda 64 yaşlı kişini avtomobil vuraraq öldürüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Heydər Əliyev prospektində baş verib.

Belə ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Eldar Tağıyev yolu keçmək istəyərkən onu minik avtomobili vurub.

Ağır bədən xəsarətləri alan E.Tağıyev Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
16
5
avtosfer.az

6Mənbələr