AZ

Xavi “Mançester Yunayted”in baş məşqçisi ola bilər

“Barselona”nın sabiq baş məşqçisi Xavi İngiltərənin “Mançester Yunayted” klubunun yeni baş məşqçisi postuna namizəd kimi nəzərdən keçirilir.

90deqiqe.Az-ın "El Nacional"a istinadən məlumatına görə, təcrübəli çalışdırıcı ciddi şəkildə Ruben Amorimdən potensial əvəz kimi qiymətləndirilir, çünki portuqaliyalı mütəxəssisin gələcəyi hələ də sual altındadır.

İndiyə qədər İngiltərə Premyer Liqasının beş turundan sonra “qırmızı şeytanlar” 7 xal toplayaraq turnir cədvəlində 11-ci pillədə qərarlaşıblar. Növbəti oyunlarını isə 27 sentyabr, şənbə günü səfərdə “Brentford”la keçirəcəklər. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

Seçilən
70
90deqiqe.az

1Mənbələr