"Şəki" basketbol klubu 22 yaşlı Məhəmməd Sadıqovun komandaya qayıtdığını açıqlayıb.
İdman.biz-in məlumatına görə, basketbolçu ötən mövsümü "Abşeron"da keçirib və daha əvvəl 2023/24 mövsümündə "Şəki"də çıxış edib. İdmançı yerli basketbol məktəbinin yetirməsidir.
Artıq "Şəki" transfer prosesini başa vurub. Mövsümlərarası fasilədə ötən çempionatı 3-cü pillədə başa vuran klub Rəşid Abbasov, türkiyəli basketbolçu Dorukhan Kuzu, serb David Çekiç, həmçinin amerikalı Samir Stüart, Malek Devis, Tailand Krouford, Devon Cenkins və Kerard Riçardsonu heyətinə qatıb.
İdman.biz