AZ

Luis Enrike mövsümün ən yaxşı məşqçisi seçilib

Fransanın "Paris Saint-Germain" futbol klubunun ispaniyalı məşqçisi Luis Enrike "France Football" jurnalı tərəfindən mövsümün ən yaxşı məşqçisi seçilib.

Ucnoqta.az xəbər verir ki, mükafatların təqdimetmə mərasimi Parisdəki Theatre du Châtelet teatrında keçirilir.

Enrikenin rəhbərliyi altında PSJ ötən mövsüm Çempionlar Liqası, Fransa Liqası, Fransa Kuboku və Fransa Superkubokunun qalibi olub. PSJ ilk dəfə Avropanın premyer klub kubokunu qazanıb.

55 yaşlı Enrike tarixdə eyni mövsümdə Fransa Kubokunu, Fransa Liqasını və Çempionlar Liqasını qazanan ikinci məşqçidir.

Seçilən
6
ucnoqta.az

1Mənbələr