AZ

Britaniya NATO ölkələri üzərində Rusiya təyyarələrini vurmağa hazırdır - İvet Kuper

Böyük Britaniya “lazım gələrsə” NATO-ya üzv ölkələr üzərində Rusiya təyyarəsini vuracaq.

Qaziler.az bildirir ki, "Sky News"un verdiyi məlumata görə, bunu Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper deyib.

“Əgər NATO hava məkanında icazəsiz uçan təyyarələrlə qarşılaşmalı olsaq, biz bunu edəcəyik” dedi.

Kuper Rusiyanın son hərəkətlərini "təhlükəli və ehtiyatsız" adlandırıb və suveren dövlətlərin ərazi bütövlüyünə və Avropanın təhlükəsizliyinə zərbə vurmağa qadirdir. O əlavə edib ki, Rusiyanın düşünülmüş hərəkətləri NATO ilə Rusiya arasında birbaşa silahlı qarşıdurmaya səbəb ola bilər.

"Bizim alyans müdafiə ittifaqıdır, lakin illiüziyaya qapılmayın, biz NATO-nun hava məkanını və ərazisini qorumaq üçün bütün lazımi tədbirləri görməyə hazırıq. Ayıq-sayıqıq. Qətiyyətliyik", - Kuper deyib.

QAZİLER.AZ

Seçilən
22
qaziler.az

1Mənbələr