“Megastore” mağazasında keçirilən aksiya müştərilərin narazılığına səbəb olub. Belə ki, elanlarda qeyd edilib ki, 30 manatlıq alış-veriş edən müştərilər “Fairy” yuyucu vasitəsini 79 qəpiyə əldə edə bilərlər.
Lakin alıcılar iddia edirlər ki, vəd edilən “Fairy” əvəzinə hansısa tanınmayan başqa vasitə təqdim olunub.
Məsələ ilə bağlı alıcı Pərvanə adlı xanım bildirib:
“Çox məyus oldum! Mən məhz Fairy almağı gözləyirdim, amma nəticədə nə olduğu bilinməyən bir vasitə verildi. Bu, alıcıların aldadılmasıdır və çox xoşagəlməz haldır.”
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, “Megastore” da Bolmart”, “Grandmart” və “Baqqal” mağazalar şəbəkəsi kimi “Grand-Mart“ MMC-yə daxildir.
32gun.az bildirir ki, “Grand-Mart” MMC-nin nizamnamə kapitalı 12019700 AZN, qanuni təmsilçisi Ramil Məmmədli Əşrəf Oğludur.