AZ

Məşhur cütlük evləndi — FOTO

Məşhur aktyor İbrahim Çelikkol uzun müddətdir birlikdə olduğu Natali Yarcanla evlənib. Cütlüyün evlilik xəbəri Çelikkolun sosial şəbəkədəki paylaşımı ilə pərəstişkarlarına çatıb.

KONKRET.az xəbər verir ki, üç ilə yaxındır birlikdə olan cütlük sosial mediada 20 sentyabr 2025-ci ildə evləndiklərini açıqlayıb. Çelikkol duyğusal paylaşımında Özdemir Asafın misraları ilə hisslərini dilə gətirib.

Paylaşım qısa zamanda sosial mediada böyük marağa səbəb olub, cütlüyün izləyiciləri və pərəstişkarları şərhlər yağdırıb.

Eyni zamanda, Natali Yarcan da sosial media hesabında əhəmiyyətli dəyişiklik edib. O, istifadəçi adını “Natali Yarcan Çelikkol” olaraq yeniləyib və yeni soyadını izləyiciləri ilə bölüşüb.

Dəniz Pənahova

KONKRET.az

Seçilən
19
1
konkret.az

2Mənbələr