Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) Komissiyası sentyabr ayına dair iş və istehlakçı sorğularının nəticələrini açıqlayıb.
Banco.azxəbər verir ki, buna görə, Avrozonada İstehlakçı İnam İndeksi sentyabrda −15,5 səviyyəsindən −14,0 səviyyəsinə yüksəlib. Aİ-də isə indeks 0,5 bənd artaraq −14,3 səviyyəsinə çatıb.
Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların median proqnozu isə indeksin sentyabr ayında −15 səviyyəsində olacağı istiqamətində idi.
Hesabata görə, istehlakçı inamı 2025-ci ilin aprel ayından bəri tarixi orta göstəricisinin nəzərəçarpacaq dərəcədə gerisində qalır və ümumilikdə stabil bir dinamika göstərməyə davam edir.
Bizi sosial şəbəkələrdən izləyin!!