AZ

Fransanın kredit reytinqi bir həftə ərzində ikinci dəfə aşağı düşüb

Banco.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch Ratings” 2025-ci il 12 sentyabrda Fransanın kredit reytinqini AA− səviyyəsindən A+ səviyyəsinə endirib və kredit proqnozunu “sabit” olaraq saxlayıb.

Banco.az xəbər verir ki, ardınca “Morningstar DBRS” də 19 sentyabrda Fransanın uzunmüddətli kredit reytinqində oxşar aşağı yönümlü dəyişiklik edib və reytinqi “AA (high)” səviyyəsindən “AA” səviyyəsinə endirərək proqnozunu “mənfi”dən “sabit”ə dəyişib.

Morningstar DBRS-in açıqlamasında qeyd olunub ki, hökumət maliyyə vəziyyətini struktur olaraq yaxşılaşdırsa və borc nisbətini davamlı şəkildə azaltsa, ölkənin kredit reytinqlərinin yüksəldilməsi mümkündür.

“Reytinqin endirilməsində ən mühüm amillərdən biri artan dövlət kəsiridir”

Açıqlamada bildirilib ki, kredit reytinqinin endirilməsinə səbəb kimi siyasi sabitliyin zəifləməsi ön plana çıxır. Parlament çoxluğu olmayan hökumətin büdcə ixtisarı planları üçün etimad səsi ala bilməməsi kimi hallar da siyasi riskləri artıran faktorlar arasında göstərilib. Artan dövlət kəsiri və borc nisbətində böyüyən problemlər isə digər əsas səbəblər kimi qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
banco.az

2Mənbələr