AZ

İtaliyada İsrailə qarşı sərt şüarlı etirazlar - VİDEO

Musavat.com xəbər verir ki, Roma və digər böyük şəhərlərdə minlərlə insan küçələrə çıxaraq hökumətdən İsraillə diplomatik əlaqələrin kəsilməsini və Qəzzadakı müharibəyə görə sanksiyaların tətbiqini tələb edib.

Etirazçılar Fələstin bayraqları və plakatlarla yürüş edərək baş verənləri “insanlıq faciəsi” adlandırıblar. Onların sözlərinə görə, İtaliya hökuməti mövqeyi ilə Tel-Əvivin hərbi əməliyyatlarına dəstək göstərməməli, əksinə beynəlxalq təzyiq mexanizmlərinə qoşulmalıdır.

Aksiya iştirakçıları həmçinin Avropa İttifaqını da daha sərt mövqeyə çağıraraq, yalnız bəyanatlarla kifayətlənməməyə, real siyasi və iqtisadi addımlar atmağa səsləyiblər.

Etirazlara baxmayaraq, İtaliya hökuməti hələlik rəsmi mövqe açıqlamayıb. 

 

Musavat.com

Seçilən
7
musavat.com

1Mənbələr