AZ

ABŞ Rusiyanı NATO-ya qarşı təxribatları dayandırmağa çağırdı

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Maykl Uolts BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Rusiyanı NATO ölkələrinə qarşı təxribatçı addımlardan çəkinməyə çağırıb.

Diplomat bildirib ki, Vaşinqton müttəfiqlərinin təhlükəsizliyi üçün bütün zəruri addımları atmağa hazırdır:

“ABŞ və müttəfiqlərimiz NATO ərazisinin hər qarışını müdafiə edəcək. Rusiya bu təhlükəli davranışı dərhal dayandırmalıdır”.

Onun sözlərinə görə, Vaşinqton alyans daxilində birliyin qorunmasına xüsusi önəm verir və hər hansı təhdidə adekvat cavab veriləcək.

//Samir Qurbanov, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr