AZ

"Qızıl topu" bu oyunçulardan biri alacaq - Son 10 namizəd

“Qızıl top” səsverməsində Pedri ("Barselona", İspaniya) və Xviça Kvartsaxeliya (PSJ, Gürcüstan) 11 və 12-ci yerləri tutduqdan sonra mükafatı almaq üçün artıq son 10 namizəd qalıb.

İdman.biz bildirir ki, mükafatlandırma mərasimi bu gün Parisdəki “Şatl” teatrında Bakı vaxtı ilə 23.00-da başlayacaq.

Səsvermədə bu 10 futbolçudan biri qalib gələcək: Usman Dembele (PSJ, Fransa millisi), Canluici Donnarumma ("Mançester Siti", İtaliya), Əşrəf Hakimi (PSJ, Mərakeş), Kilian Mbappe ("Real Madrid", Fransa), Nuno Mendeş (PSJ, Portuqaliya), Koul Palmer ("Çelsi", İngiltərə), Rafinya ("Barselona", Braziliya), Məhəmməd Salah ("Liverpul", Misir), Vitinya (PSJ, Portuqaliya) və Lamin Yamal ("Barselona", İspaniya).

Onların arasında PSJ-nin 4, "Barselona"nın isə 2 oyunçusu var. Yığmalar arasında Fransa və Portuqaliya üstünlük təşkil edirlər - hərəyə 2 oyunçu.

İdman.biz

Seçilən
24
1
idman.biz

2Mənbələr