AZ

"Turan"da narazılıq böyüyür - Berdıyev çətin qərar qarşısında!

"Turan Tovuz" cəbhəsində narazılıq böyüyür.

Hadisələrin mərkəzində isə futbolçulardı.

Belə ki, Kurban Berdiyevin oynatdığı futbol onları yorur.

Xüsusilə hücum fazasında olan adlar narazılığın mərkəzində durur.

Axı nə qədər top havadan asılı qalar?

Müdafiəçilər dəri kürəni görər-görməz havaya qaldırır.

Bunun adını "vur qabağa, məmmədağa" kimi də qoya bilərsiniz.

Arxa xətt oyunçularını da qınamaq olmaz.

Onlar bunu öz istəkləri ilə deyil, baş məşqçinin tapşırığı əsasında edirlər.

Bəs topunan oynayan orta sahə, hücum oyunçuları nə etsin?

90 dəqiqəni ancaq ikili mübarizələrlə keçirmək olmaz axı.

Bugünkü "Turan"da topla oynamağı sevən/bacaran kifayət qədər oyunçu var.

Yetər ki, Berdiyev bu həqiqəti görməzdən gəlməsin.

Şərait yaratsın, meydan versin ki, onlar da topla normal hücumlar qursun, topa normal sahib olsun.

Elə narazılıq dalğasını genişləndirən tovuzluların da istəyi budur.

Bir sözlə, klub ətrafında hər kəs sistem dəyişikliyini arzulayır. Tələb edir də demək olar.

Maraqlıdır, bəs Berdıyev uzun illərə sadiq qaldığı müdafiə taktikasından nə vaxt üz döndərəcək?

İki yol var - ya buna getməlidir, ya da özü çıxıb getməlidir.

XANOĞLAN İMANOV

Seçilən
7
sportinfo.az

1Mənbələr