Azərbaycana payız fəsli daxil olub.
Bakıvaxtı.az Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasına istinadla xəbər verir ki, bu, yerli vaxtla saat 22:19:16-ya təsadüf edib.
Bu zaman gecə ilə gündüz bərabərlib və Günəş düz şərqdə doğub, qərbdə batıb. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçib.
Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayıb.
Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.
Nərgiz Məmmədli