Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.
"Azəristiliktəchizat" ASC tərəfindən 3871 yaşayış binası, 185 mindən çox mənzil, 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti, 2224 sosial və təsərrüfat obyektləri istiliklə təmin edilir. ASC-nin balansında hazırda 550-dən çox qazanxana və ümumilikdə 80 mindən çox avadanlıq var".
Bu sözləri BAKU.WS-ə açıqlamasında "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
O əlavə edib ki, payız-qış mövsümünə hazırlıq ötən mövsümün yekunlaşdığı gündən növbəti mövsümün ilk gününə qədər davam edir:
"Hidrovlik təzyiqlə magistral və məhəllədaxili xətlər yoxlanılır, axıntı qeydə alınan ərazilərdə onların qarşısı alınır, cari və ya əsaslı təmir bərpa işləri həyata keçirilir. Hazırda payız-qış mövsümünə hazırlıq işləri sürətlə davam edir.
İstilik təminatı zamanı hər hansı nasazlıq yaranırsa, "012 956" qaynar xəttinə, sosial şəbəkə hesablarımıa məlumat verilə bilər".
Qurum rəsmisi qeyd edib ki, istiliklə bağlı edilən müraciətlər dərhal qiymətləndirilir:
"Qaynar xəttimizə müraciət olduqdan dərhal sonra müvafiq istilik sistemləri istismar sahəsinin əməkdaşları, texniki işçilərimiz, hadisə yerinə yollanırlar və problemləri aradan qaldırırlar. Mövsüm vaxtı da mövsümdən əvvəl də qaynar xəttimiz 24 saat işləyir.
Bir daha borclu abonentlərə müraciət edirik ki, istifadə etdikləri istilik təchizatına görə yaranan borclarını vaxtında ödəsinlər. Borclar vaxtında ödənməlidir ki, qazanxanalar da yüksək keyfiyyətlə işləyə bilsin".
Orxan Hüseyn
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.