Bir sıra Qərb ölkələrinin Fələstin dövlətini tanınması qərarı əhəmiyyətsizdir. Bu, Yaxın Şərqdə sülhə töhfə vermir.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bildirib.
O, Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makron tərəfindən Fələstini tanımaq qərarına münasibət bildirərkən deyib: "BMT və onun ayrı-ayrı üzvlərinin nəsə etdiyini görmək yaxşıdır. Bu, nailiyyətdir, lakin məncə, faydasızdır".
Barak həmçinin Yaxın Şərqdə sülhü illüziya adlandırıb və regional aktyorların legitimlik uğrunda mübarizəsi nəticəsində bunu qeyri-mümkün edib: "Sülhdən danışmaq illüziyadır. Heç vaxt sülh olmayıb. Yəqin ki, heç vaxt sülh olmayacaq, çünki hamı legitimlik uğrunda mübarizə aparır".
Sentyabrın 21-də Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya Fələstin dövlətini tanıdıqlarını elan ediblər.