AZ

Vətəndaş “Pilgrim Education” şirkətindən şikayətçidirVİDEO

Övladının xaricdə ali təhsil alması üçün “Pilgrim Education” şirkətinə pul ödəyən şəxs verdiyi vəsaiti geri ala bilmir.

Xezerxeber.az-ın məlumatına görə, İndira Sultanova Avstriyada universitetlərin birində 2027-ci ildə ali təhsil almaq üçün təhsil şirkətlərinin birinə 2200 manat məbləğində pul ödəyəcəkdi. Əvvəlcə həmin məbləğin bir qismini, sonra isə 1400 manatını hissəli şəkildə şirkətə ödəyib. Ancaq sonradan həmin şirkət haqqında şikayətləri oxuduqdan sonra fikrindən daşınıb. İndi pulunu geri istəyir, təhsil şirkəti isə o məbləği qaytarmaqdan imtina edir.  

Şikayətçi İndira Sultanova deyir ki, ödədiyi pulun müqabilində heç bir xidmət almadığı üçün pulu geri istəyir. Lakin təhsil şirkəti deyir ki, müqaviləyə əsasən, pul ödəndikdən sonra 3 gün müddətində geri qaytarılma ola bilərdi.

Şikayətçi məsələ ilə bağlı Nəsimi rayon 22-ci polis bölməsinə müraciət etdiyini də bildirdi. İddiasına görə, başqa şikayətşçilər də var. 

Məsələ ilə bağlı “Pilgrim Education” şirkəti ilə əlaqə saxladıq, problemi dinlədilər, lakin bu məsələnin icitmailəşdirilməsinin əleyhinə olduğunu bildirərək mövqe bildirməkdən imtina etdilər.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə "Xəzər Xəbər"ə bildirdi ki, vətəndaşın övladının xaricdə təhsil alması üçün paytaxtın Nəsimi rayonunda yerləşən özəl şirkətlərdən birinə ödəniş etməsi və sonradan həmin vəsaitini geri ala bilməməsi ilə bağlı polisə müraciəti daxil olub. Bunun əsasında istintaq araşdırmalarına başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
9
1
xezerxeber.az

2Mənbələr