AZ

Britaniyadan Rusiyaya sərt xəbərdarlıq: Vuracağıq

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Zərurət yaranarsa, Böyük Britaniya Rusiya təyyarəsini NATO-ya üzv dövlətlər üzərində vuracaq. Əgər NATO hava məkanında icazəsiz uçan Rusiya təyyarələri ilə qarşılaşmalı olsaq, bunu edəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper deyib.

Kuper Rusiyanın son hərəkətlərini təhlükəli adlandırıb. Bunun suveren dövlətlərin ərazi bütövlüyünü və Avropanın təhlükəsizliyini pozduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Moskvanın düşünülmüş hərəkətləri NATO ilə Rusiya arasında birbaşa silahlı qarşıdurmaya səbəb ola bilər.

“Biz NATO-nun hava məkanını və ərazisini qorumaq üçün bütün lazımi tədbirləri görməyə hazırıq. Rusiyanın imperialist siyasəti beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir. Bu, son 80 ildə sabitlik və rifahın qorunması üçün çox işlər görmüş Alyansın dəyər və prinsiplərə təhdiddir”, – britaniyalı nazir vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
globalinfo.az

1Mənbələr