AZ

Cəlal Hüseynovun komandası öz meydançasında uduzub

Azərbaycan yığmasının futbolçusu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Arda" öz meydançasında "Çerno More" ilə qarşılaşıb.

Kırcalıda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cəlal komandanın əsas heyətində yer alıb və görüşü əvəz olunmadan keçirib.

Qeyd edək ki, "Arda" mövsümdə ikinci dəfə uduzub və 9 oyundan sonra 9 xalla 11-ci pillədə qərarlaşıb.

Cəlal komandanın heyətində 7 oyun keçirib.

İdman.biz

Məqalədə:
Seçilən
6
1
idman.biz

5Mənbələr