Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Roma, 22 sentyabr, AZƏRTAC
Avropa İttifaqı hər gün keçdikcə daha çox “Wall Street”in koloniyasına çevrilir.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın keçmiş Baş naziri Enriko Letta deyib.
O bildirib ki, Aİ-nin parçalanmış strukturu və natamam inteqrasiyası səbəbindən Avropa ABŞ və Çindən təhlükəli şəkildə geridə qalır. Maliyyə, enerji və telekommunikasiya kimi strateji sahələrin böyük ölçüdə inteqrasiya olunmadığını qeyd edən Enriko Letta 2028-ci ilədək Aİ-də vahid bazarın tamamlanmasının vacibliyini qeyd edib.
Keçmiş Baş nazir hər bir sektorda “Avropa “Airbus”larının yaradılmasının və “beşinci azadlıq” adlandırdığı bilik və innovasiyaların sərbəst axınının tərəfdarıdır. Onun fikrincə, bu proses milli suverenliyi zəiflətməyəcək. Əksinə, Aİ-nin itirilmiş suverenliyinin bərpasına imkan verəcək.
ABŞ-ın tarif təhdidlərinin və Rusiyanın hərbi təzyiqinin Avropanı küncə sıxışdırdığını vurğulayan Enriko Letta “ya indi, ya da heç vaxt” deyərək Aİ liderlərini sürətlə hərəkətə keçməyə çağırıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.