AZ

Latviya şərq sərhədini qorumaq üçün bataqlıqları bərpa edəcək

Bakı, 22 sentyabr, AZƏRTAC

Latviya şərq sərhədində təbii maneə rolunu oynaya biləcək bataqlıq ekosistemlərinin bərpası proqramını həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkənin milli silahlı qüvvələri Latviyanın şərq sərhədində yerləşən tarixi torfçıxarma sahələrinin yenidən bərpasını dəstəkləyir. Bu ərazilərin bərpası sərhəddə təbii sədd funksiyasını yerinə yetirməklə ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verə bilər.

Məlumata görə, müvafiq layihə Latviya ərazisinin Riya bölgəsi istisna olmaqla, beş regionundan dördündə icra olunur. Layihəni Avropa İttifaqı maliyyələşdirir.

Seçilən
2
1
azertag.az

2Mənbələr