AZ

Azərbaycan və Çin arasında müxtəlif sahələr üzrə əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Çinin “Datang Overseas Investment Co” şirkətinin prezidenti Yuanlong Jou ilə görüşüb.

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, görüşdə Azərbaycanın Çinlə iqtisadi-ticarət tərəfdaşlığına böyük önəm verdiyi vurğulanıb.

Ölkəmizin əlverişli işgüzar mühiti, qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı istiqamətləri haqqında məlumat verilib, birgə fəaliyyət üçün geniş potensial diqqətə çatdırılıb.

Tərəflər yaşıl enerji, infrastruktur və sənaye sahələrində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.

Seçilən
3
3
operativmedia.az

4Mənbələr