AZ

Ukrayna Moskvanı dron yağışına tutdu: Aeroportlar bağlandı, 10-a yaxın partlayış var

Hazırda Moskva kütləvi dron hücumuna məruz qalmaqdadır.

Rusiya paytaxtının sakinləri sosial şəbəkələrdə  şəhərin müxtəlif ərazilərində 10-a yaxın partlayış səsi eşitdiklərini yazırlar.

Artlq Moskvanın səması tamamilə bağlanıb, Moskva hava limanlarında artıq uçuşlar kütləvi şəkildə təxirə salınıb. Şəhərin  meri Sobyanin bildirib ki, Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya dron hücumunu dəf edir və bütün təcili yardım xidmətləri yerdədir.

Onun sözlərinə görə, Moskvaya hücum edən 7 dron məhv edilib. Sobyanin qeyd edib ki, ilkin məlumata görə, heç bir dağıntı yoxdur və təcili yardım xidmətləri yerindədir, Moskva meri bildirib.

Musavat.com

Seçilən
10
1
editor.az

2Mənbələr