AZ

Sözdən yaranan incilər

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar.  Belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.

Redaksiyamızdan

 

     NİZAMİ  GƏNCƏVİ    (1141-1209-cu illər), şair və filosof

 

-  Ürəkdən gələn söz ürəyə yeriyir.

-  Sevənin gözləri kor olur.

-  Elə olur ki, sevgi hiss olunmadan keçib gedir.

-  Dostsuz günlər – acı fəlakətdir.

-  Bəlanın böyüyü dostsuzluqdur.

-  Sevincdənmi, kədərdənmi nəmlənib,

Gözlər o gözlərdir, yaş o yaş deyil.

Cəm gözəllik camalında cəmlənib,

Baxış o baxışdır, qaş o qaş deyil.

-Göydə ol, yerdə ol, fərqi yox bunun,

Torpaqsan, yenə də torpaqdır sonun.

-Kim tikan əkərsə, tikan dərəcək,

Kim nicat verərsə, nicat görəcək.

-Alimlə xoş rəftar etsən əgər sən,

Özün öz elmini aşkar edərsən.

-Səninlə biri xoş danışsa əgər,

Könüldən dinlə ki, bir xeyri dəyər.

-Bir cizgi naxışdan çıxırsa kənar,

Başqa cizgilər də bütün pozular.

-İnsan etsə əgər bir işə vərdiş,

Çətin olsa belə, görülər bu iş.

-İnsana arxadır onun  kamalı,

Ağıldır hər kəsin dövləti, malı.

-Taxtın payəsini o qədər yüksəlt,

 Yıxıldığın zaman çəkmə əziyyət.

-Ömür keçib gedəndi, dünya qalandı sənə,

Ülviyyətə sədaqət şərəfdi, şandı sənə.

-Öz halal zəhmətinlə namuslu insan sayıl,

Hər yetənə alçalma, əl açıb olma sail.

-Ağıl-kamal bəsləməz igidliyə ədavət,

Hümər də, igidlik də ədavətdir, ədavət.

-Xidmət etmək sayılır kişilikdən insana,

Xalqına xidmət etmək bir şərəfdir insana.

-Ömrümüzün günü sayılır bir-bir,

Eşqsiz keçən gün ölü deməkdir.

-Poladdan dağ olsa, yenə də inan,

Vurub parça-parça dağıdar insan.

-Yaxşılıq etməsən əgər insana,

Böyüklük şərəfi verilməz sana.

-Bir olsa yoldaşın, dostun əməli,

Daşdan su çıxardar onların əli.

-Dünya gedərgidir, dalınca getmə!

Qalmayacaq şeyə sitayiş etmə!

-Bir inci saflığı varsa da suda,

Çox içiləndə dərd verir o da.

 

    Sülh, müharibə, ədalət və zülm haqqında

 

Atəşi üfürsən alışıb yanar,

Onu suya bassan, sönər aşikar.

- Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdir, ədalət!

- Haqq sözü eşitmək istəməyənlər,

Ağlını itirib hədər ölərlər.

- Künc-bucaqda qalana sən bu qədər atma ox,

Yoxsulların ahından, qarğışından çəkin, qorx. 

-Dünyanın işini yaxşı düşün  sən,

Nə əksən, onu da sən biçəcəksən.

-Yaxşı iş də görsən, pis iş də, inan,

Unutmaz onları bu qoca dövran.

 

 Hünər, cəsarət və mərdlik haqqında

 

- Nə üçün boynuna min yük alırsan?

Zalımın zülmündən məmnun qalırsan?

 -Sən də süsən kimi ipəkdən olsan,

Səni saf  torpaq da yaralar, inan!

-Zəlillik ürəyə ağrılar salar,

Zülmə dözənlərin sonu xar olar.

-İnsanı sarsıdar göz yaşı, nalə,

Ah çəkib, of edən yetməz kəmalə!

-İradəsiz olma, iradəsizlər,

Ayaqsız qurd kimi yerdə sürünər.

-Fil keçsin üstündən tapdalayaraq,

Xəsis adamlara əl açma ancaq.

 -Mərd olmaq gərəkdir həyatda hər an,

Mərdliklərlə çatar arzuya insan.

-Evdə tək arpası olmayan bir kəs,

Yarım arpa qədər minnət götürməz.

 -Heç qorxma acizə zülm edən kəsdən,

Yoxsa qul olarsan sən ona hökmən.

 -Yüksəklərə ucaldar hünər, cəsarət səni,

Hünərsiz alçalarsan, tapar rəzalət səni. 

-Böyüklə vuruşda insan ad alar,

Alçaqla vuruşda özü alçalar.

-Aman istəyincə qurbağalardan,

Balıq tək  sulara tez qərq olarsan.

-Qanı çörəyinə yavanlıq etsən,

Papağı dik saxla, baş getsə əldən.

- Mərdə təmiz adı candan əfzəldir,

Ləkəli qalmaqdan ölüm gözəldir.

-Ovcumun içində olsa da belə,

Dikmərəm gözümü özgə mülkünə.

 

 Dostluq və düşmənlik haqqında

 

-Ehtiyatsız bir quş düşərsə tora,

Başqa quşları da sürüklər ora.

-Dost qəlbi torpaqdır, ona toxunsan,

Əlin paklaşacaq bu toxunuşdan.

-Heç kimsəylə yola getmirsə bir kəs,

Ona bel bağlanıb bir iş görülməz.

 -Ağıllılar bilir, tək yesə hər kəs,

Təklikdə də ölər, dost-aşna görməz.

 -İstəyirsən evin salamat qala,

Evə  yad adamı  buraxma əsla.

  

Xalqa xidmət və xeyirxahlıq haqqında

 

-Bacarsan hamının yükünü sən çək,

İnsana ən böyük şərəfdir əmək.

-Yaxşılığı əzəldən adət etsən özünə,

O yaxşılıq hər yanda qapı açar üzünə.

- Belə misal çəkmiş aqil bir insan:

“Qurd girməz sürüyə yatmasa çoban”.

-Çalış öz xalqının işinə yara,

Geysin əməlinlə dünya zər-xara.

- Hünər ardınca qoş, xalqa xeyir saç,

Qapılar bağlama, ər ol, qapı  aç.

 -Səadət kamalla yetişər başa,

Xalqa xidmət elə, ədəblə yaşa.

 -Bulud tək damcıyla su al dənizdən,

Verəndə bol-bol ver, əsirgəmədən.

 -Eşqdir mehrabı uca göylərin,

Eşqsiz, ey dünya, nədir dəyərin?

-Bir elm öyrənmək istədikdə sən,

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

 

                                       ***

            ÖMƏR  XƏYYAM   (1048-1123-cü illər), şair və filosof

 

  • Şər və xeyir səninlə doğulmayıb, onları seçmək üçün sənə ağıl verilib.
  • Ruhdan düşən vaxtından tez ölür.
  • Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik.
  • Əsl yazıçı xalqı qaranlıqdan aydınlığa aparan insan olmalıdır.
  • Ədalət kainatın ruhudur.
  • Mərd adam adətən şikayət etmədən əzab çəkir, zəif adam isə, əksinə, əzab çəkmədən şikayətlənir.
  • Bu  dünyaya istədiyimiz kimi gəlmədik, bu dünyadan da istədiyimiz kimi köçməyəcəyik.
  • Biz həm sevinc mənbəyi, həm də kədər yatağıyıq. Biz rəzalət yuvası və şəffaf  bulağıq. İnsan sanki güzgüdəki çox üzlüklər dünyasıdır. O, həm cılız, həm də dünyaya sığmayacaq qədər əzəmətlidir.
  • Bu həyat aldığımız nəfəs qədər qısadır. Bu can sənə verilmiş bir əmanətdir. Onunla əmanətə layiq kimi rəftar elə.
  • Zəngin və güclü olana həsəd aparma, sübhdən sonra həmişə qürub yetişir.
  • Saxta dost kölgəyə bənzər: o yalnız kökgəlikdə səninlə olar.
  • Sevdiyin insanın qüsurlarını belə bəyənirsən, sevmədiyində isə hətta ləyaqətlər belə səni qıcıqlandırır.
  • Xanımı olan kişini məst etmək ( yoldan çıxarmaq) mümkündür, məşuqəsi olan kişini də tovlamaq olar, amma aşiq olan kişini tovlamaq qətiyyən mümkün deyil.
  • İndi vaxt yoxdur, sabah güc olmayacaq, o biri gün- özümüz olmayacağıq,

Ona görə də heç nəyi sabaha saxlama. Elə indi və burda yaşa.

  • Bu dünyada sevgi və ölümdən başqa hər şeyi axtarmaq olar. Vaxtı

             çatanda onlar səni axtaracaqlar.

     -   Səbr etmək gözəl keyfiyyətdir. Amma  uzun müddət səbr etmək

        üçün həyat həddən artıq qısadır.

  • Hirslənəndə heç kimə cavab vermə, xoşbəxt olanda heç kimə vəd etmə, əsəbləşəndə heç vaxt qərar vermə.
  • Yer üzündə  üç qiymətli şey var: yemək, içmək və xoş sözlər. Axmaqlar isə hesab edirlər ki, qiymətli şey deyəndə qiymətli daşlar başa düşülməlidir.
  • Sirr saxlamaq istedaddır, özgənin sirrini saxlamaq isə incəsənətdir.
  • Əgər siz bütün dünyanı xoşbəxt etmək istəyirsinizsə, onda  evə qayıdıb öz ailənizi sevin.

    -     Ağıllı adam səhvini hər zaman düzəldə bilər. Səhef isə  öz səhvini düzəltmək qabiliyyətinə də malik deyil.

  -   Kobudluq və təkəbbürlü olmaq münasibətləri korlayır. Birinci

     hal   ayrılmağa gətirib çıxarır, ikincisi, bacarığa mane olur.

 -    Bu dünyada sevgi və ölümdən başqa hər şeyi axtarmaq olar. Vaxtı  çatanda onlar da özləri sənə  çatacaqlar.

-    Sən dünyaya lüt gəlmisən, dünyadan lüt də gedəcəksən. Doğulanda aciz olduğun kimi, öləndə də aciz olacaqsan. Dünyaya pulsuz, əşyasız gəlmisən, dünyanı elə də tərk edəcəksən. Dünyaya gələndə səni yuyub paltara  bükürlər, axırıncı çimməyin də elə olacaq. Bax, insan budur! Elə isə nə  üçün bu qədər acgöz, pislik etməyə meyillisən?

-    Mərd adam adətən şikayət etmədən əzab çəkir, zəif adam isə  əksinə, əzab çəkmədən şikayətlənir.

-   Hamı  çox yaşamaq istəyir, amma heç kim qocalmaq istəmir.

-  Adamlara yaxşılıq edəndə, yaxşı adamlar bunu qiymətləndirir, biganələr unudur, həyasızlar isə daha da həyasızlaşır.

-  Pis dostu olmaqdansa tək yaşamaq yaxşıdır.

-  Kiminlə gəldi yoldaşlıq etməkdənsə, tənha yaşamaq yaxşıdır.

-  Kədər olsun o duyaya ki, orada yandırıcı eşq yoxdur. Sevgi əzabı olmayan yerdə sevinc xəyalları da olmaz. Sevgisiz keçən gün hədərdir. Bəhrəsiz gündən daha tutqun və daha sıxıcı gün ola bilməz.

-  Xilqətin başlıca mehvəriyik  biz,

Dərk etsən, bəsirət gövhəriyik  biz.

 Cahan dairəsi qızıl bir üzük,

Onun ən dəyərli gövhəriyik  biz.

                                     ***

 

               SƏDİ  ŞİRAZİ   (1203, 1210 arası – 1292-ci illər), şair

          Səbr acı olsa da, şirin bar verər.

  • Oxşa könülləri, xalqı sal yada,

       Təkcə  öz halına qalma dünyada.

  • Özündən gücsüzlərə rəhm etməyən, özündən güclülərin zülmünə rast gələr.
  • Cinayətdən sonra tövbənin xeyri yoxdur.
  • Üç şey üç şeylə bərqərar olmaz. Mal ticarətsiz, elm təhsilsiz, səltənət siyasətsiz.
  • Üç şeyi ehtiyatla götür-qədəmi, qələmi, cənazəni.
  • Üç şeyi pak saxla-bədəni, paltarı, fikirləri.
  • Üç şeydən kömək al-ağildən, səbrdən, cəsarətdən.
  • Üç şeyi çirkləndirmə- ürəyi, dili, gözü.
  • Üç şeydən özünü  uzaq saxla-qarğışdan, ah-nalədən, təəssüfdən.
  • Üç şeyu unutma-Allahı, ölümü, dostu.
  • Düşmənin nəsihətinə qulaq asmaq xətadır. Amma eşitmək rəvadır.
  • Başqasının sözünü kəsib danışmaq, öz qanmazlığını etiraf etmək deməkdir.
  • Əgər sən özgə kədərinə soyuqqanlısansa, onda sənin insan adını daşımağa haqqın yoxdur.
  • Canavar çobanlıq, zalım insan da padişahlıq edə bilməz. Zülmün təməlini qoyan padişah, öz səltənət binasını dağıtmış olur.
  • Canavar balası insanlar arasında böyüsə də yenə canavardır.
  • Sağlamlığın əsl dəyəri xəstəlik zamanı bilinər.
  • Qadının zülfü ağıllı kişi üçün zəncir, yelbeyin kişi üçün isə tələdir.
  • Sağlam olmaq istəyirsinizsə heç vaxt doyunca yeməyin.
  • Qənaət etməyi bacarsaydıq, dünyadakı qayğılar daha tez həll olunardı. Var-dövlət sərvətə deyil, qənaətə söykənir.
  • Cahillə mübahisə etməyə dəyməz.
  • Özünü elə apar ki, dost gizli düşmənə çevrilməsin.
  • Peşiman  olmamaq üçün danışmazdan öncə fikirləş.
  • Əvvəlcə fikirləş, sonra danış. Sənə “sus”  deyilməmiş  sus.
  • Axmağa məsləhət verənin özünün məsləhətə ehtiyacı var.
  • Dərsini həvəssiz oxuyan uşaq, qanadsız quş kimidir.
  • Güclü vaxtında yaxşılıq edən, gücsüz vaxtında çətinlik çəkməz.
  • Vəhşi heyvan tələ ilə, insan oğlu isə yaxşlıqla ovlanar.
  • Tabeçiliyindəkilərin təqsirindən keçmək istəməyən şəxs, gec-tez özü onların əhvinə möhtac olacaq.
  • Sevmədiyimiz insanlarla da elə danışmalıyıq ki, sabah onlarla  dost olanda dediyimiz sözlərə  görə xəcalət çəkməyək.
  • Sirrini heç dostunla da bölüşmə, vaxt gələr bu sirr  səni dostunla düşmən edər.
  • Ağıldan kəmliyi iki şey müəyyən edir: susmaq lazım gələndə danışmaq, danışmaq lazım gələndə susmaq.
  • Heç vaxt bilmədiyim  şeyi soruşmaqdan  utanmadım.
  • Nadanın ağıllıya nifrəti daha çoxdur, nəinki ağıllının nadana.
  • Pis adamlar oturub-duran yaxşılıq qazana bilməz.
  • Pislərlə oturub-duran  yaxşılıq üzünə həsrət qalar.
  • Vəziyyətimə görə yox, ləyaqətimə görə mənimlə rəftar  elə.
  • Övladlarımızı quzu kimi böyütməyək ki, böyüyəndən sonra onları qoyun kimi otrsınlar.
  • Ədəb- danışdığın zaman dilini qorumaq, tək qaldığın zaman qəlbini qorumaq, çölə çıxdığın zaman gözlərini  qorumaqdır.
  • Xoşdur məhəbbətin sevinci, qəmi,

          Xoşdur yaraları, xoşdur məlhəmi.

  • Əgər bir müəllim  olsa bədəsil,

          Yetişdirə bilməz bəxtiyar nəsil.

  • O qədər çox yemə ağırlıq etsin,

          O qədər ac qalma can əldən getsin.

  • Cibini saxlasan əlin boş olmaz,

          Qənaət eyləsən varın azalmaz.

  • Yarasa sevmirsə nurlu Günəşi,

           Günəşin əksilməz bundan atəşi.

  • Biliyin olsa da bir ümman qədər,

          Nadansan əməlin olmasa əgər.

  • Eşşəyə yüklənsə bir neçə kitab,

          Onda nə elm olar, nə  sənət, hünər.

  • Ağıllı dəlini saxlar dünyada,

           Şam dilindən yanar, sovrular bada.

  • Dinlə, bir nəsihət söyləyirəm mən,

          Kim tikan əkibsə, dərməz  yasəmən.

  • Ədəb sayılsa da məclisdə susmaq,

          Məsləhət zamanı danışmaq  gərək.

  • İki şey ağıla nöqsan sayılır,

          Yersiz susmaq ilə yersiz söz demək.

  • Birisi bəslərdi qurd balasını,

           Böyücək məhv etdi öz ağasını.

  • Yaxşı ol, qoy “pisdir” desinlər sənə,

           Nə ki, pis olasan “yaxşı” desinlər.

  • Çiçək gah açıqdır, gah da pünhandır,

          Ağac gah geyimli, gah da üryandır.

  • Darıxma iş görünsə bir qaranlıq quyuda,

          Çünki qaranlıqdadır o dirilik suyu da.

  • Düşünüb, sonra de sözü müxtəsər,

          O qədər danışma “bəsdir” desinlər.

  • Döyüş meydanında can versə insan,

          Xoşdur, namərdliklə qoyub qaçmaqdan.

           Çalış yaxşılıqla düşəsən  yada.

  • Arif ol, söhbəti müxtəsər eylə,

          Uzun danışandan qaç, həzər eylə.

  • Yüz əyri ox atsan olmaz dəyəri,

           Bir ox at, hədəfdən getməsin əyri.

  • Zəmanə dərdindən çəkmə qəm-kədər,

          Səbr acı olsa da şirin bar verər.

  • İnsanın qəlbini göstərməz paltar,

         Yazan özü bilər, kağızda nə var.

  • Düzlüyü çox sevər taleyi yazan,

          Görmədim düz yolda yolunu azan.

  • Oxşa könülləri, xalqı sal yada,

          Təkcə öz halına qalma dünyada.

  • Kim səndən qorxursa, qıl ondan həzər,

          Olsan da yüz elə şəxsə bərabər.

 

Sədi  Şirazidən soruşanda ki, “elmdə bu dərəcəyə necə çatdın?”

Cavab verir: -  Heç vaxt bilmədiyim şeyi soruşmaqdan utanmadım.

 

                                   ( Ardı  var)

Seçilən
10
herbiand.az

1Mənbələr