AZ

Araz çayı üzərindəki körpünün inşası tezliklə başa çatacağı gözlənilir

Bakı. Trend:

Araz çayı üzərində körpünün inşa işlərinin tezliklə başaçatacağı gözlənilir.

Bu barədə Trend-ə özəl müsahibəsində İranınAzərbaycandakı səfiri Muctaba Dəmirçilu məlumat verib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında Araz çayıüzərində Ağbənd-Kəlalə bölgəsində tikilməkdə olan körpünün inşaişlərinin ilin sonuna qədər başa çatdırılması qərara alınıb.Hazırda bu körpünün tikintisində inşa işləri təxminən 63% başaçatdırılıb.

Dəmirçilu əlavə edib ki, körpüdən sonra İran ərazisində Culfaistiqamətində magistral yolun genişləndirilməsi üzrə işlər həyatakeçirilir. Kəlalədən Culfa istiqamətində magistral yolungenişləndirilməsi üçün bir neçə tunel qazılmalıdır.

“Bu magistral yol İranın öz vəsaiti hesabına inşa olunur.Beləliklə Azərbaycan vətəndaşları daha asan və daha etibarlışəkildə Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında səfər edəbiləcəklər”, - deyə o qeyd edib.

Seçilən
3
az.trend.az

1Mənbələr