AZ

Ağalarov yeni müqavilələr imzaladı otellər, tibbi mərkəzləri tikiləcək

ain.az xəbər verir, Marja.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Sea Breeze and Real Estate” mövzusunda panel sessiyası keçirilib.

MArja xəbər verir ki, “Agalarov Development” şirkətinin nümayəndəsi Stanislav Alexandrovun moderatorluğu ilə keçirilən panel müzakirələrdə Azərbaycanda və dünya miqyasında daşınmaz əmlak bazarındakı yeni trendlər, şəhərsalma təcrübələri, böyük infrastruktur layihələrinin milli iqtisadiyyata təsiri məsələləri müzakirə olunub, 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu təqdim edilib.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və  “Agalarov Development” şirkətinin prezidenti, Sea Breeze şirkətinin təsisçisi və sahibi Emin Ağalarov Azərbaycanda və beynəlxalq səviyyədə yaşayış məntəqələrinin inkişafı, yeni formatlar və bazar dinamikası, böyük həcmli şəhərsalma layihələrinin ölkə iqtisadiyyatına, məşğulluğa, nəqliyyat, turizm və digər sektorlara təsiri haqqında fikirlər səsləndiriblər.

“Scott Brovnrigg” şirkətinin baş icraçı direktoru Darren Combe, “New Murabba Development” şirkətinin inkişaf üzrə direktoru Abdullah Alsuiry, “CM İnternational” şirkətinin təsisçisi Petr Kudryavtsev, memarlıq və şəhərsalma üzrə professor Ali Alraouf, "Radisson Hotel Group"un Şərqi Avropada biznesin inkişafı üzrə vitse-prezidenti David Jenkins, "Intercontinental Hotel Group"un MDB, Türkiyə və İsrail üzrə inkişaf direktoru Aleksis Feuillat, “Merit Hotels & Casinos” şirkətinin beynəlxalq marketinq üzrə vitse-prezidenti Umut Kara,  “MEAIT & Rixos & All-Inclusive Collection” şirkətinin  böyük meneceri Ritvika Sethi  müzakirələrdə iştirak edib, şəhərsalma layihələrinin reallaşdırılmasında mövcud imkanlar və texnoloji yeniliklərə dair fikirlərini bölüşüblər.

Panel sessiya çərçivəsində bir sıra sənədlər imzalanıb.

“Sea Breeze Resort” ilə “Crowne Plaza Hotels & Resorts by IHG” arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, 195 otaqlı, 4 ulduzlu otelin inşası həyata keçiriləcək. Memorandumu “Sea Breeze Resort”un təsisçisi və “Agalarov Development”in prezidenti Emin Ağalarov və “Crowne Plaza Hotels & Resorts by IHG”in MDB, Türkiyə və İsrail üzrə İnkişaf direktoru Aleksis Feuillat imzalayıblar.

“Sea Breeze Resort” ilə MEAIT və “Rixos” arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Momoranduma əsasən, 504 otaq və 20 villalı 5 ulduzlu mehmanxananın inşası həyata keçiriləcək.  Sənədi “Sea Breeze Resort”un təsisçisi və “Agalarov Development”in prezidenti Emin Ağalarov və MEAIT və “Rixos” şirkətinin İnkişaf üzrə baş meneceri Ritvika Seti imzalayıblar.

“Sea Breeze Resort” ilə “Digital Residence” arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Memorandum “Sea Breeze Resort”un təsisçisi və “Agalarov Development”in prezidenti Emin Ağalarov və “Digital Residence”in layihə meneceri Denis Rudnik tərəfindən imzalanıb.

Tibbi turizmin inkişafı və “Sea Breeze Health Valley” layihələri üzrə Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Tibbi turizm infrastrukturunun inkişafını nəzərdə tutan Sənəd “Sea Breeze Resort”un təsisçisi və “Agalarov Development”in prezidenti Emin Ağalarov və “Sea Breeze Health Valley” şirkətinin rəhbəri Konstantin Qrinfeld tərəfindən imzalanıb.

Potensial tibbi klaster layihələrinin birgə qiymətləndirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb. Tibbi klasterdə potensial layihələrin texniki-iqtisadi əsaslandırmasını nəzərdə tutan Memorandum Azərbaycan Biznesin İnkişafı Fondu (ABİF) ilə “Sea Breeze Health Valley” (“Sea Breeze Resort”) arasında imzalanıb. Sənədi ABİF-in icraçə direktoru Yasin Cəlilov və “Sea Breeze Health Valley” şirkətinin rəhbəri Konstantin Qrinfeld imzalayıblar.

"Sea Breeze Resort”, “Sana Hospital Group” və “Don Agro International” arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Beynəlxalq çoxprofilli tibbi mərkəzin yaradılmasını nəzərdə tutan Sənədi “Sea Breeze Health Valley” rəhbəri Konstantin Qrinfeld, “Sana Hospital Group”un Beynəlxalq əlaqələr direktoru Sven Heininqer və “Don Agro International”ın baş icraçı direktoru Marat Devlet-Kildeyev imzalayıblar.

“Sea Breeze Resort” ilə beynəlxalq hotel şəbəkəsi olan Radisson Hotel Group arasında “Radisson Blu” markası altında yeni otelin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi “Sea Breeze Resort”un sahibi və qurucusu, həmçinin “Agalarov Development”in prezidenti Emin Ağalarov və Radisson Blu-nun Şərqi Avropa üzrə Biznesin İnkişafı üzrə vitse-prezidenti David Jenkins imzalayıblar. Memorandum çərçivəsində tərəflər “Sea Breeze” ərazisində “Radisson Blu” brendi ilə fəaliyyət göstərəcək otelin yaradılması, idarə edilməsi və beynəlxalq standartlara uyğun xidmətlərin təmin olunması istiqamətində əməkdaşlıq edəcəklər. Layihə həmçinin turizmin inkişafına, beynəlxalq səviyyədə tanıtıma və yeni investisiya imkanlarının açılmasına töhfə verməyi hədəfləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
2
marja.az

3Mənbələr