AZ

Ceyhun Bayramov Efiopiyanın xarici işlər üzrə dövlət naziri ilə görüşüb

BAKI, 22 sentyabr. TELEQRAF

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Efiopiyanın xarici işlər naziri Hadera Abera Admassu ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüş zamanı siyasi, iqtisadi, ticarət və humanitar əlaqələrin gücləndirilməsi, yeni əməkdaşlıq mexanizmlərinin yaradılması və müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsi məsələləri müzakirə olunub.

Tərəflər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, Efiopiyanın Azərbaycanın təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndiriblər.

Hər iki tərəf əlaqələrin dərinləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyib və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Seçilən
24
8
teleqraf.com

9Mənbələr