Rusiya qırıcılarının guya Qərb ölkələrinin sərhədlərini pozması halında onların məhv edilməsi ən son tədbir olmalıdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmerman Tagesspiegel nəşrinə müsahibəsində bildirib.
“Onları vurmaq yalnız ən son addım olacaq. Hərbi Hava Qüvvələrimiz nə vaxt və nə etməli olduğunu bilir”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Almaniya Hərbi Hava Qüvvələrinin məqsədi ölkə ərazisinə daxil olan qırıcıları məhv etmək deyil.