AZ

Almaniya Rusiya ilə müharibəyə belə hazırlaşır...

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Almaniya ordunun ön cinahına pilotsuz təyyarələr yerləşdirməklə Rusiyanın mümkün hücumundan qorunmağa hazırlaşır. Berlin eyni zamanda logistik tədbirlər də planlaşdırır. Bunlardan biri də dron texnologiyasının tətbiqi ilə cəbhədə yaralanan və təxliyəsi çətinləşən əsgərlərin qəbuludur.

Globalinfo.az-ın xəbərinə görə, Bundesverin Mərkəzi Tibb Xidmətinin komandiri Ralf Hoffmann “Reuters” agentliyinə müsahibəsində bildirib ki, Rusiya ilə qarşıdurma zamanı yaralanan əsgərlərin sayı döyüşün xarakterindən asılı olacaq və bu, əməliyyatlarının intensivliyini və əlavə hərbi hissələrin cəlb olunmasını müəyyənləşdirəcək.

“Vəziyyətin real qiymətləndirilməsi fonunda gündə təxminən min yaralının olacağını söyləmək mümkündür”, – o vurğulayıb.

Qərb hərbi ekspertləri hesab edirlər ki, Rusiya iki-beş il ərzində NATO ölkələri ilə münaqişəyə girə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
globalinfo.az

1Mənbələr